Zəngilan istiqamətində düşmənin kəşfiyyat-diversiya qrupu məhv edilib-MN 

13:46 03.11.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Noyabrın 2-də Azərbaycan Respublikasının Zəngilan rayonu istiqamətində Ermənistan ilə dövlət sərhədində düşmənin növbəti təxribatının qarşısı alınıb.

Müdafiə Nazirliyindən hafta.az-a verilən məlumata görə, Ermənistan ərazisindən bölmələrimizə hücum edərək dövlət sərhədindəki əlverişli yüksəklikləri ələ keçirməyə cəhd edən düşmənin kəşfiyyat-diversiya qrupu zərərsizləşdirilib.

Düşmən döyüş itkilərini və silah-sursatlarını ərazidə ataraq geri qaçmağa məcbur edilib.